“Qubad İbadoğlu həm siyasət, həm də iqtisadiyyatla sinxron məşğul olur” — Deputat

GÜNDƏM 16 may 2020, 13:47

“Dünən iqtisadçı Qubad İbadoğlu Birlik İnkişafa Zəmanətdir (BİZ) adlı Platformanın yaradılmasını bəyan etdi. Və özünün dediyinə görə Vətəndaş Təşəbbüslərinin fəaliyyətinə start verdi. Qubad İbadoğlu həm siyasət, həm də iqtisadiyyatla sinxron məşğul olur”. 


Demokrat.az xəbər verir ki, bu sözləri özünün sosial şəbəkə hesabında Milli Məclisin deputatı Etibar Əliyev yazıb. E.Əliyev daha sonra bunları qeyd edib: “Qubad bəyin siyasi bioqrafiyası belədir: "Qubad İbadoğlu "Müsavat" partiyasının divan üzvü olmuşdur. 2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olmuşdur. 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilmişdir. 2015-ci il fevralın 21-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis qurultayında Hərəkatın sədri seçilmişdir." Doğma partiyasını parçalamaq üçün əlindən gələni etdi. İsa Qəmbər seçkidən sonra Boks rinqində olduğu kimi A. Hacılının əlini qaldırdı. Qubad bəyin indi rəhbərlik etdiyi Hərəkatın fəaliyyəi barədə heç nə demək istəmirəm. Bunu Hikmət Hacızadə yaxşı təhlil edər...”


Millət vəkili iddia edib ki, Qubad İbadoğlu özünü Azərbaycan cəmiyyətinə həm iqtisadıçı, həm də siyasətçi kimi təqdim etməyə çalışır: “ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Rutgers Universitetinin professorudur. Qubad bəyin gündəlik fəaliyyətində İkinci məşğuliyyət özünü daha qabarıq biruzə verir. Deyəsən "BİZ" də siyasi hərəkatdır. Ancaq Azərbaycan Demokratiya və Rifah Hərəkatı daha qabituslu səslənir. Sovet vaxtı Universitetdə bizə "Siyasi iqtisad" dərsi keçirdilər. Fənnin predmeti yox idi...Həmin fənnin ab-havası indi də hökm sürür. Qalır "BİZ"ə Kommunizmin vəd etdiyi işıqlı gələcəyə qovuşmaq barədə mülahizələr... Qubad bəy kimi görkəmli iqtisadçılar bunu nəzəri cəhətdən əsalandırsalar, bəsimizdir...Yeni hərakatda plagiatlıq elementləri də var. Artıq ölkədə "Birlikdə güclüyük" paradiqması möhkəm kök atıb. Və onun yan-yörəsində yeni platformaların yaradılması gözlənilən idi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top