Yaşar Əliyevə Prezident Administrasiyasında vəzifə verildi — TƏYİNAT

GÜNDƏM 15 may 2020, 21:31

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

 
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

 

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

 

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top