"Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır" — TƏBİB sədri

GÜNDƏM 15 may 2020, 19:18

“Hazırda ölkədə ikinci dalğa yaşanır. Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılı olacaq”.

 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

O qeyd edib ki, koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizdə isə daha ağır simptomlar qeydə alınıb:

 

“Xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4.5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib.  Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top