"Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi hər zaman gündəmdədir" — Zaxarova

SİYASƏT 14 may 2020, 19:46

Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair aparılan danışıqlarda hər zaman gündəmdədir.


Demokrat.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.


XİN rəsmisi bildirib ki, həbsdə olanların yaxın qohumları tərəfindən ziyarət edilməsi ilə bağlı ötən il Moskvada qərar qəbul edilib: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə digər həbsdə olanların taleyi ilə bağlı məsləhətləşmələr davam etdirilir. Biz bunu diqqətdə saxlayacağıq".


Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yerevanın girov saxladığı azərbaycanlıların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə rəsmi Bakının hazır olduğunu bildirib. (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top