DTX-nın keçirdiyi əməliyyatlarda bu şəxslər də məsuliyyətə cəlb edilib — RƏSMİ

GÜNDƏM 14 may 2020, 18:01

Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatlar zamanı məsuliyyətə cəlb edilən icra hakimiyyəti başçıları, nazir müavinləri və şöbə müdirlərini görmək mümkündür.


Demokrat.az xəbər verir ki, üzdə görünənlərlə yanaşı, həmin şəxslərin böyük məbləğlərdə dövlət vəsaitlərinin mənimsənilməsi zamanı kömək edən bir sıra şəxslər də məsuliyyətə cəlb olunub.


Suallarımızı cavablandıran millət vəkili Fəzail Ağamalı bildirib ki, əli korrupsiya və rüşvətxorluğa qarışan hər bir şəxs cəzalandırılır.


"Bu istintaqın predmetidir. İstintaq nəticəsində bəlli olacaq ki, korrupsiya və rüşvətxorluqla məşğul olanların əhatə dairəsi kimlərdir və nədən ibarətdir.


Heç kim kənarda qalmayacaq, heç kimə qarşı ədalətli mövqe nümayiş etdirilməyəcək. İslahatlara maneə olan, onun konkret olaraq müsbət nəticələrinin verilməsində maneələr törədənlərə, gedişatı zəiflədənlərə qarşı, rüşvətxorluğa və korrupsiyaya qarşı da mübarizə eyni şəkildə davam edəcək. Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə ölkə başçısının aparmış olduğu islahatların bir hissəsidir”, – deyə millət vəkili qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top