Məzahir Pənahov gedir

GÜNDƏM 14 may 2020, 16:43

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması gözlənilir.

 
Demokrat.az-ın xəbərinə görə, bu barədə Milli Məclisdəki mənbə məlumat verib.


MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

 
Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

 
Mənbə bildirib ki, MSK-nın yenidən formalaşmasına bir qayda olaraq Milli Məclisin yaz sessiyasında baxılır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top