ÜST-dən qorxunc açıqlama: Koronavirus həyatımızdan çıxmaya bilər

DÜNYA 14 may 2020, 16:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Yardım departamentinin rəhbəri Mayk Rayan koronavirusu nəzarətə götürməyin qeyr-mümkünlüyünü açıqlayıb.


Demokrat.az verir ki, o, bu barədə təşkilatın videokonfrans şəklində keçirdiyi toplantısında deyib.


Mayk Rayan xəstəliyin nə zaman bitəcəyini heç kimin təxmin etmədiyini qeyd edib:


“Bu, insanın ilk dəfə yoluxduğu yeni virusdur. Buna görə də, virusu nə zaman nəzarətə alacağımızı təxmin etmək çox müşkül məsələdir. Bu virus həyatımızda həmişəlik qala bilər”.


ÜST-ün baş alimi Soumya Svaminathan isə koronavirusu nəzarətə götürmək üçün 4-5 il lazım olduğunu deyib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top