"Paşinyanın babasının bu əlaqəsi baş nazirin cinayətkarlara müsbət yanaşmasında rol oynayıb" — Rusiyalı ekspert

SİYASƏT 14 may 2020, 13:50

Njde, Bandera və digər nasist əlaltılarının qəhrəmanlaşdırılması hərbi cinayətkarlara siyasi platforma yaratmaq məqsədi daşıyır.


Bunu Day.az saytına açıqlamasında rusiyalı ekspert Sergey Markov deyib.


O bildirib ki, bu cür şəxsləri qəhrəmanlaşdırmaq marağında olan qüvvələr açıq-aşkar rusofob xarakter daşıyır:


“Bir sıra ölkələrdə hakimiyyəti ələ keçirməyə çalışan mövcud rusofob qüvvələr tarixdə öz sələflərini tapmağa çalışır, amma onlar yalnız yaramaz şəxsiyyətləri tapırlar. Njde də, Bandera da, digər şəxslər də bu cür personajlardır”.


S.Markov təəssüflə bildirib ki, Qərb ölkələri öz tabeçiliyində olan müttəfiqlərinə hərbi cinayətkarlarla siyasi əlaqələrini istifadə etməyə icazə verir:


“Beləliklə də, siyasi hakimiyyəti ələ keçirməyi hədəfləyən və bunun üçün nasist cinayətkarlardan istifadə edən cərəyan formalaşır. Bunun klassik variantı Qaregin Njdedir. O, Paşinyan kimi pərəstişkarlarına ona görə xoş gəlir ki, fəal və hərbi cinayətlərə qarışmış zalım millətçi olub. Njde Adolf Hitler və SD təhlükəsizlik xidmətləri ilə fəal əməkdaşlıq etməyə başladıqdan sonra da millətçi kimi qalıb. O, təxribat qrupları hazırlayırdı və bu qruplar Qırmızı ordunun arxa cəbhəsinə göndərilir, əsgərləri öldürür, iqtisadi obyektləri partladırdı”.


Onun sözlərinə görə, Njde kimi şəxslər hərbi cinayətkar və öz adını minlərlə günahsız insanın qan ilə ləkələmiş ultramillətçidir:


“Bu isə o deməkdir ki, indi Njdeni və digər şəxsləri ucaldanlar bu cür cinayətlərin təkrarlanmasına hazırdır. Bu, akademik çalışmalar deyil, hərbi cinayətkarlara siyasi platforma yaratmaqdır. Onların məqsədi var və bu məqsədlər öz siyasətlərinə və addımlarına bəraət qazandırmaq istəyidir. Njde, Bandera kimi şəxslərin adlarını işıq üzünə çıxaranlar millətçiliyə söykənən hərbi cinayətlər hazırlayırlar”.


Bir neçə gün əvvəl Nikol Paşinyanın babasının adı ətrafında yaranan qalmaqal barədə danışan ekspert vurğulayıb ki, Ermənistan baş nazirinin Njdeni və digər nasist əlaltılarını böyük həvəslə müdafiə etməsində şəxsi motivlər də rol oynaya bilər:


“İndi bu məsələ ilə bağlı araşdırma aparılmalı və yekun cavab verilməlidir: Nikol Paşinyanın babası kim olub?. İstisna olunmur ki, məhz erməni baş nazirin babasının erməni legionu ilə əlaqəsi Paşinyanın cinayətkarlara müsbət yanaşmasında rol oynayıb”. (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top