Müsavat başqanının müavini: “Cəmil Həsənli üzr istəməlidir” — VİDEO

SİYASƏT 14 may 2020, 11:46

“Cəmil Həsənli Müsavat Partiyasından da üzr istəməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib.

 

S.Soltanlı Milli Şura üzvlərini iclasda Müsavat Partiyasının ünvanına səsləndirdikləri fikirlərə görə tənqid edib.

 

Partiya başqanının digər müavini Fərəc Kərimli məsələyə belə münasibət bildirib: “Milli Şuranın məlum iclasının davamında daha iyrənc fikirlər səsləndirilib. Müsavat Partiyası Milli Şuranın sədri tərəfindən, Koordinasiya Mərkəzinin üzvləri tərəfindən təhqir edilib. Cəmil Həsənli və digərləri Müsavat Partiyasından, cəmiyyətdən dərhal üzr istəməlidir. Bu biabırçılıqdan fikir yayındırmaq üçün hələ bir status da yazıb ki, guya iclas qapalı olub və hakerlər tərəfindən yazılıb. Halbuki iclasda xəbərdarlıq edilir ki, iclas canlı efirə gedir”.(pravda.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top