“Koronavirus gedəcək, amma...” — Lukaşenkodan şok açıqlama

DÜNYA 14 may 2020, 11:00

“Belarus rəsmiləri COVID-19 koronavirusunun yayılması ilə mübarizə fonunda ölkə iqtisadiyyatını unutmamalıdır”.


Demokrat.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.


“İqtisadiyyatı diqqətdə saxlayın ki, istehsal sektorlarımız dağılmasın. Eyni şey kənd təsərrüfatına da aiddir. Sətəlcəm bizi tərk edəcək, bizə çörək lazımdır”, - Lukaşenko bildirib.


Onun sözlərinə görə, koronavirusla əlaqəli vəziyyətdə kiçik ümid közərməyə başlayıb.


Bundan əvvəl Lukaşenko ölkədə karantin rejiminin tətbiqinin mümkünlüyü barədə ritorik bir sual ünvanlamışdı: “Nə yeyəcəyik?”(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top