ÜST koronavirusla bağlı ŞOK XƏBƏRİ ELAN ETDİ: Heç vaxt...

DÜNYA 14 may 2020, 08:52

“Pandemiya dövrünün nə qədər davam edəcəyini kiminsə təxmin edə biləcəyini düşünmürəm. Koronavirus HİV kimi endemik hala gələ bilər”. 


Demokrat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallar üzrə mütəxəssisi Mayk Rayan onlayn brifinqdə bildirib.


O, epidemiyanın qarşısının alınması üçün "kütləvi səy" tələb olunduğunu deyib: "Bunu müzakirə masasına çıxarmaq çox vacibdir: bu virus cəmiyyətdə başqa bir endemik virusa çevrilə bilər və bu virus heç vaxt yox ola bilməz”.


Rayan bu xəstəliyin yox olacağı tarix barədə kiminsə təxmin edə biləcəyini düşünmədiyini vurğulayıb: “Düşünürəm ki, virusun sona çatacağı ilə bağlı tarix yoxdur. Bu xəstəlik uzun bir problemə çevrilə bilər”.


ÜST mütəxəssisi yoluxmanın milli, regional və qlobal səviyyədə yüksək olduğunu söyləyərək riskin azaldılması üçün virusa qarşı çox əhəmiyyətli nəzarətin tələb olunduğunu qeyd edib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top