Türkiyə 23,5 milyon turistə dörd fərqli dildə məktub göndərir

DÜNYA 14 may 2020, 08:30

Türkiyənin Antalya şəhərinə gələn 23,5 milyon turistə dörd fərqli dildə məktub göndəriləcək.


Demokrat.az xəbər verir ki, koronavirusdan təsirlənən turizm sektorunu canlandırmaq məqsədilə bu qərara gəlinib.


Məktub “Akdeniz Turistik Otelciler ve İşletmeciler Birligi” tərəfindən “SunAndMore” heşteqi ilə hazırlanıb.


Dörd dildə (türk, ingilis, alman, rus) yazılan, 2019-cu ildə bölgənin bütün hotellərinə gələn turistlərə göndərilən məktubda turistlərin virusun yayıldığı müddətdə evdə qalmaları, sonra isə Antalyaya dəvət edildiyi qeyd olunur.


Alanya bölgəsində turizm sektorunda çalışanlar da eyni qaydada turistlərə məktub göndərmək qərarına gəliblər. Lakin onlar əlavə olaraq məktubları polyak, fars və fin dillərinə də çeviriblər.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top