Məşhur futbolçu karyerasını bərpa edir

İDMAN 13 may 2020, 19:41

Fransa millisinin sabiq futbolçusu Cibril Sisse peşəkar karyerasını bərpa etməyə qərar verib.


Demokrat.az xəbər verir ki, bu barədə veteran hücumçu "La Provence" nəşrinə açıqlamasında deyib.


38 yaşlı keçmiş forvard bildirib ki, Fransa çempionatında 100 qol səddini keçmək üçün özünə komanda axtarır.


O, yetirməsi olduğu "Nim" klubu ilə danışıq apardığını söyləyib.


Qeyd edək ki, Cibril Sisse karyerası ərzində "Liverpul" (İngiltərə), "Marsel" (Fransa), "Sanderlend" (İngiltərə), "Panatinaikos" (Yunanıstan) kimi klubların formasını geyinib. Veteran futbolçu 2004/2005 mövsümündə Mersisayd təmsilçisi ilə UEFA Çempionlar Liqasının qalibi olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top