Bakıda qadın polisi bıçaqladı

KRİMİNAL 12 may 2020, 16:32

Bakıda qadın polis əməkdaşını bıçaqlayıb.


Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.


Mayın 10-da axşam saatlarında Mirəli Seyidov küçəsində üç gənc 1994-cü il təvəllüdlü paytaxt sakini Orxan Həsənova hücum edib. 


Təqsirləndirilən şəxslərdən biri onu çiynindən bıçaqlayıb. Sonra hücum edənlər zərərçəkənin 20 manat pulunu götürüb qaçıblar.


28-ci Polis Bölməsinin cinayət axtarış şöbəsinin müstəntiqləri şübhəli şəxsləri müəyyən ediblər. Bu şəxslərin 2002-ci il təvəllüdlü Zaur Abbasov, onun 2005-ci il təvəllüdlü qardaşı Yusif Abbasov və 2003-cü il təvəllüdlü Təbriz Yusubov olduqları dəqiqləşdirilib.


Z.Abbasov tutulanda anası M.Abbasova polis əməkdaşı Tərlan Yusifzadənin oğlunu polis bölməsinə aparmasına mane olmağa çalışıb. Bu zaman onun əlini bıçaqla yaralayıb.


Yara yüngül olduğuna görə əməliyyatçı tibbi yardıma müraciət etməyib.


Faktla bağlı araşdırma aparılır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top