İş adamı Boris Consonu parkda tənqid etdi

DÜNYA 12 may 2020, 14:35

İngiltərə mətbuatında Baş Nazir Boris Consonun parkda gəzərkən bir vətəndaş tərəfindən tənqid olunmasını göstərən fotoşəkil yayılıb.


Demokrat.az xəbər verir ki, Consonu tənqid edən vətəndaşın iş adam Bob Medous olduğu məlum olub.


Onun Baş Nazirə nə dediyi dəqiq bilinməsə də, yaxın ətrafından verilən məlumata görə, o, hökumətin koronavirus böhranı ilə bağlı gördüyü tədbirlərdən narazı qaldığını bildirib. Biznesmen, həmçinin Milli Səhiyyə Xidməti heyətinin gördüyü rəftarla bağlı olaraq da hökumət rəhbərini tənqid edib.


Bildirilib ki, Medousun şirkəti “Saxonbury” Milli Səhiyyə Xidməti ilə bir sıra ortaq layihələrdə əməkdaşlıq edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top