Elon Mask: “Kimsə həbs ediləcəksə, o mən olmaq istəyirəm”

DÜNYA 12 may 2020, 10:35

“Tesla” şirkətinin baş direktoru Elon Mask koronavirus səbəbi ilə zəruri olmayan müəssisə və fabriklərin bağlanmasına dair göstərişlərə baxmayaraq, avtomobil istehsalını bərpa edəcəklərini bildirib.


Demokrat.az xəbər verir ki, o, “Twitter” hesabında bu barədə açıqlayıb:


“Kimsə həbs ediləcəksə, o adam mən olmaq istəyirəm”.


Hər il 415 min nəqliyyat vasitəsi istehsal edən “Tesla” martın 23-dən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Kaliforniya ştatının San-Fransisko şəhərinin yaxınlığındakı Alameda ərazisində yerləşən fabrikdə 10 mindən çox işçi çalışır.


Bundan əvvəl Mask Kaliforniya rəsmilərini “Tesla”nın istehsalına başlamasına icazə verməyəcəkləri təqdirdə, Alameda bölgəsindəki yeganə istehsal müəssisəsini Texas, ya da Nevadaya köçürməklə hədələmişdi.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top