İranda restoran və bütün məscidlər açılır

DÜNYA 12 may 2020, 10:09

İranda mayın 25-i Ramazan ayının sonundan etibarən məscidlər və restoranların fəaliyyətinə icazə veriləcək. 


Demokrat.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiya açıqlama verib:


“Koronavirusun yayılmasına qarşı milli qərargahın qərarına görə, Ramazan ayının sonundan etibarən ölkədə bütün məscidlərin və dini məkanların, eləcə də müxtəlif restoranların və bərbərlərin tədricən açılmasına icazə veriləcək”.


O, həmçinin bildirib ki, koronavirusun daha az yayıldığı bölgələrdə bu cür məkanlar artıq fəaliyyətə başlayıb.


Qeyd edək ki, yoluxma hallarının azalması fonunda İran hökuməti aprelin 11-dən etibarən COVID-19 ilə əlaqədar tətbiq olunan bir sıra məhdudiyyətləri tədricən ləğv etməyə başlayıb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top