Türkiyədə komendant saatı tətbiq olunur

DÜNYA 11 may 2020, 22:34

Türkiyədə koronavirusun yayılmasına qarşı mübarizə ilə əlaqədar ölkədə komendant saatı tətbiq ediləcək. Bu proses mayın 16-dan 19-dək olacaq.


Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə açıqlamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib. 


Ərdoğan bildirib: "16, 17, 18 və 19 may tarixlərində yenidən evdən çıxmaq qadağası tətbiq ediləcək".


Ölkənin 9 əyaləti üzrə giriş-çıxış qadağası ləğv edilir. Belə ki, Adan, Dənizli, Diyarbakır, Kahramanmaraş, Mardin, Ordu, Tekirdağ, Trabzon və Şanlıurfa həmin qadağaların tətbiq olunduğu yerllərdir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top