Koronavirusla bağlı səs-küy yaradacaq QƏRARI VERDİLƏR

DÜNYA 11 may 2020, 13:49

Mayın 11-dən etibarən Qazaxıstan hakimiyyəti təyyarə ilə səfər edən sərnişinlər üçün koronavirus testindən keçmək tələbini ləğv edib.


Bu barədə TASS xəbər yayıb.


Bundan əvvəl hökumət pandemiyaya görə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar olaraq, daxili və beynəlxalq reyslərdə demək olar ki, bütün sərnişin daşımalarını dayandırmışdı.


May ayında Qazaxıstan aviaşirkətləri ölkənin bir neçə böyük şəhəri arasında uçuşları bərpa edib. Uçuşlar yüksək sanitariya təhlükəsizlik tədbirləri ilə həyata keçirilir.(axeber.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top