Dünyada koronavirusdan sağalanların sayı 1,5 milyonu ötdü

DÜNYA 11 may 2020, 14:38

Dünyada koronavirusdan sağalanların sayı 1 500 385 nəfərə çatıb.


Demokrat.az xəbər verir ki, ən çox sağalma ABŞ (256 336), İspaniya (176 439) və Almaniyada (145 600) qeydə alınıb.


Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu, ölənlərin sayı isə 284 mini ötüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top