İranda hərbi təlim zamanı 19 nəfər öldü — YENİLƏNİB

DÜNYA 11 may 2020, 12:19

İran Hərbi Dəniz Qüvvələrinin təlimində azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 

 

Demokrat.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.(report.az)

 

***10:57

 

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı səhvən hərbi təlimdə iştirak edən digər gəmini raketlə vurub.


Demokrat.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib və atəş “Konarak” köməkçi gəmisinə açılıb.


Nəticədə 2 nəfər ölüb, onlarla insan yaralanıb. “Konarak” isə insident nəticəsində batıb.


İran mediası isə ölənlərin sayının 40 hərbçi olduğunu iddia edir.


İran ordusu məlumata rəsmi münasibət bildirməyib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top