Ərdoğan Türkiyədəki yeniliklərdən DANIŞDI

DÜNYA 10 may 2020, 23:58

Mayın 10-da İstanbulda şəhərin mərkəzi hissəsi ilə yeni aeroportu birləşdirən “Qayrettepe-İstanbul aeroportu” metro xəttinin bir qisminin tamamlanması münasibətilə tədbir keçirilib.


Demokrat.az xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telekonfrans vasitəsilə iştirak edib.


Türkiyə Prezidenti çıxışında bu yeni layihə ilə İstanbulun tıxac probleminin aradan qaldırılacağını bildirib.


Pandemiyanın ölkədəki yeniliklərə təsir etməyəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan İstanbulda inşa edilən yeni xəstəxanalar barədə də məlumat verib.


Bildirilib ki, səhiyyə turizmi ilə əlaqədar ölkəyə gələnlər Atatürk aeroportu ərazisində inşa edilən xəstəxanaya yerləşdiriləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top