Tayson: "Holifildə görə ödədiyim cərimədən artıq qazandım"

İDMAN 09 may 2020, 16:56

Peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson 1997-ci ildə keçirdiyi revanş döyüşündə Evander Holifildin qulağını dişləməsindən söz açıb.


Demokrat.az xəbər verir ki, "fightnews"a danışan amerikalı veteran idmançı həmin hadisədən sonra daha çox gəlir əldə etdiyini açıqlayıb.


Hazırda 54 yaşında olan Tayson bildirib ki, heç vaxt rəqibinin qulağını dişləmək barədə düşünməyib: "Ümumiyyətlə, belə niyyətim olmayıb. Bilirsiniz, əslində nə fikirləşirəm? Rəqibin qulağını dişlədiyim üçün ödədiyim 3 milyonluq cərimədən daha çox qazandım. Sizcə, bu, dəlilik deyil? Holifildi dişləməyim yox, cərimələdikləri məbləğ mənə gülməli gəlir. Bu pulu yalnız dişləmə vaxtı çəkilən fotolar sayəsində geri qaytardım". 


Qeyd edək ki, sözügedən hadisəyə görə Evander Holifildlə döyüş yarımçıq dayandırılıb, Mayk Tayson isə cərimələnməklə yanaşı, diskvalifikasiya olunub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top