Çindən ABŞ-a daha bir ağır zərbə

DÜNYA 08 may 2020, 17:48

Bir neçə müddətdir ABŞ prezidenti Donald Tramp koronavirusa Çin virusu deyərək,Çini virusu yaratmaqda və yaymaqda ittiham edir. Hətta müxtəlif xəbər mənbələrində Amerikanın Çindən pandemiya dövründə çəkdiyi zərərə görə təzminat tələb edəcəyinə dair iddialar da səslənməkdədir.

 

Bu kimi xəbərlərə Çinin cavabı da özünü çox gözlətməyib. Koronavirus ittihamlarına görə rəsmi Pekin ABŞ iqtisadiyyatına növbəti zərbə ilə cavab verməyə hazırlaşır.


Demokrat.az xəbər verir ki, Çin hökuməti ABŞ-ın qiymətli kağızlarına investisiya qoyuluşunu kəskin azaltmaq və dövlət istiqrazlarının əhəmiyyətli hissəsini satmaq qərarı verib.


“Çin yeni növ koronavirusun yayılması ittihamlarına cavab olaraq Birləşmiş Ştatların dövlət borcunun bir hissəsini sata bilər”,- deyə “South China Morning Post”-un məlumatında deyilir.


Çin hökumətinin bu qərarı ABŞ tərəindən qabaqlayıcı tədbirlər alınmazsa Birləşmiş Ştatların qiymətli kağızlar bazarına ağır zərbə vuracaq. Qloballaşan dünyanın tələblərinə uyğun olaraq onu demək olar ki, bu addım yalnız ABŞ-a təsir etməyib, öz zəncirvari effektini bu ölkənin qiymətli kağızlarını almış bütün dövlətlərə də vura bilər.(bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top