"Dövləti və dövlətçiliyi dəstəklədiyimizə görə bəzən yersiz hücumlara məruz qalırıq"

GÜNDƏM 08 may 2020, 16:43

Bu gün MMP ideololoji sahədə cox böyük ugurlu siyasət həyata keçirir.


Belə ki mənim bu sahədə olan uzunmüddətli təcrübəm psixoloq olaraq göstərir ki,vətəndaşla hansı formada danışıq aparmagı,onlarla necə işləməyi yaxşı bilirəm.


Partiyada ideoloji sahə mənə tapşirilandan sonra,ilk növbədə şəhər vərayon təşkilatlarında ən başlıca qarşıma qoyduğum vəzifə bu oldu ki,ideoloji sahəyə baxan müavinlər ali təhsilli,dövlətçiliyə sadiq,xalq arasında ideoloji təbliğatı qura bilən insanların seçilməsi olmalıdır.


Partiyamız yarandığı gündən bu günə qədər dövlətçilik,dövlətçiliyin qorunması,müstəqilliyimizin daimi və əbədi olması üçün həmişə dövlətin yanında olub.


Hər həftə pandemiya dövrünü yaşamagımıza baxmayaraq,video görüntü vasitəsilə şəhər və rayon təşkilatları,qadınlar ,gənclər təşkilatları ilə ölkədə gedən siyasi prosesləri təhlil edirik. Əsas tapşırıqlarım bundan ibarət olur ki,xalq arasında ölkə prezidentinin apardığı uğurlu siyasətini və korrupsiyaya qarşı mübarizəni sadə vətəndaşlar arasında geniş təbliğ etsinlər.


Mənim 9 fevral növbədənkənar parlament seçkilərində namizədliyimi verdiyim rayon ərazisində də apardığım ideoloji və siyasi iş,o çümlədən dövlətçiliyə sadiq olmagımız mənə böyük kömək oldu.Partiyamızın dövlət başçısına həmişə sadiq olduğunu, sadə vətəndaşlar arasında apardığım təbligat təşviqat işlərində mənə böyük siyasi divident gətirdi.Məhs buna görə seçicilərim mənə böyük ümidlərlə səs verdilər və qalib olsam da qələbəmi reallaşdıra bilmədim.


Lakin bu məni və partiyamızı ruhdan salmadı.Partiyamız illərdi apardığı siyasi xəttə sadiq qalaraq dövlət başçısının həmişə yanında olması və ideoloji baxımdan bütün cəbhə boyu müdafiə etməsi bu gündə öz təsdiqini tapır.


Bu gün ölkədə korrupsiyaya qarşı mübarizə,kadr islahatı,iqtisadı islahatların aparılmasında daima prezidentin yanında olmuşuq və bu islahatları dəstəkləmişik.


Dövləti və dövlətçiliyi dəstəklədiyimizə görə bəzən çox yersiz hücumlara məruz qalırıq.Bu isə partiyamızda ruh düşkünlüyü yaratmır.Əksinə apardığımız ideoloji,siyasi işlərimizi dahada gücləndiririk və bizi bu yoldan çəkindirmək istəyən korrupsioner məmurların tör töküntüləri,o cümlədən xarici qüvvələr tərəfindən maliyyələşən bəzi siyasi qüvvələrin üzərində həmişə qalib olmuşuq. Prezident İlham Əliyevin xalqına olan sədaqəti,məhəbbəti və son vaxtlar dünyanı bürümüş karonavirus bəlasından xalqını az itkilərlə çıxarması təqdirəlayiqdir.Hər an xalqının yanında olması, bu və ya digər sahələrdə gördüyü müsbət işlərin nəticələrini partiyamız yüksək qiymətləndirir.Məhs bu cür halları nəzərə alan 140 minlik partiya üzvlərimiz daima prezidentin yanında olub və olacaq. 

 

Könül İsmayılova,

Müasir Müsavat Parriyasının İdeoloji məsələr üzrə sədr müavini

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top