Ermənistan parlamentində dava düşdü: “Sənin boğazını kəsəcəm” — VİDEO

DÜNYA 08 may 2020, 16:15

Sasun Mikayelyan və Edmond Marukyan arasında parlamentdə dava olub.


Demokrat.az xəbər verir ki, “Çiçəklənən  Ermənistan” fraksiyasının lideri Edmon Marukyanın çıxışı zamanı onunla “Mənim addımım” fraksiyasından olan deputat Sasun Mikalyan arasında polemika başlayıb.


Çıxış zamanı Marukyan Mikayelyanı “əmi” adlandırıb və o, buna görə bərk hirslənərək Marukyana yaxınlaşıb və onu vurub.


Marukyan isə kürsüdən belə deyib: “Vursanız da, vurmasanız da, danışmağı dayandırmayacağam”.


Sasun Mikaelyan onun boğazını kəsəcəyinə söz verib.


“Boğazımı kəsən hələ dünyaya gəlməyib, burada hay-küy salma” deyib Marukyan.


Parlament sədri Ararat Mirzoyan iclası təxirə salıb. Ehtiras hələ də azalmayıb.


Canlı yayım kəsilib, Mirzoyan təhlükəsizlik xidmətinə zəng edib.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top