Putin ilk işindən danışdı: “Xarici kəşfiyyatda...”

DÜNYA 08 may 2020, 15:10

Rusiya Prezidenti Vladimir Putin dövlət orqanlarında ilk işi barədə danışıb.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya lideri “Mir” teleradio şirkətinə müsahibəsində bildirib.


V.Putinin sözlərinə görə, rusların əcdadlarının, xüsusən vətən təhlükədə olarkən məsələyə necə yanaşdıqlarını xatırlamaq və bundan çıxış edərək öz davranışlarını necə qurduqlarını bilmək önəmlidir.


Rusiya Prezidenti qeyd edib ki, Leninqrad Dövlət Universitetini bitirdikdən sonra ilk işi dövlət təhlükəsizlik orqanlarında xidmət olub.


“Xarici kəşfiyyatda, əsasən qeyri-leqal kəşfiyyat xətti üzrə çalışırdım. Bizi orada Vətənə müstəsna sədaqət ruhunda tərbiyə edirdilər”, - deyə, V.Putin bildirib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top