Həbsdə olan Vilyam Hacıyevdən YENİ XƏBƏR

GÜNDƏM 08 may 2020, 11:20

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev özünə yeni vəkil tutub. 


Demokrat.az xəbər verir ki, sabiq icra başçısı dövlət hesabına ona təklif olunan vəkildən imtina edərək, öz vəsaiti hesabına yeni vəkil tutub. 


Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. DTX-da aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.(axeber)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top