Tramp İranla bağlı qətnaməyə veto qoydu

DÜNYA 07 may 2020, 11:57

ABŞ Prezidenti Donald Tramp Konqresin İrana qarşı hərbi güc tətbiq etməsini qadağan edən qətnaməsinə veto qoyub. 


Demokrat.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.


“Bu, çox təhqiramiz bir qətnamə idi. Bu qətnamə demokratlar tərəfindən respublikaçılar arasında nifaq salmaq və bunun hesabına 3 noyabrda seçkini qazanmaq strategiyası ilə hazırlanıb”,- deyə Tramp bildirib.


Prezident ABŞ-ın İrana qarşı onsuz da güc tətbiq etmədiyini və bir neçə ay əvvəl ABŞ ordusu tərəfindən İraqda keçirilən xüsusi əməliyyat zamanı general Qasım Süleymaninin qətlinin isə tamamilə qanuni olduğunu deyib.


Qeyd edək, 2020-ci ilin qışında ABŞ ordusu tərəfindən Qasım Süleymaninin öldürülməsindən sonra Amerika Konqresdə İrana qarşı hərbi əməliyyatlarla əlaqədar Trampın səlahiyyətlərinin məhdudlaşdırılması təklif olunub. Konqresmenlər belə bir məhdudiyyət olmadığı təqdirdə Trampın müharibə başlada biləcəyini hesab edirlər.


ABŞ-da Prezident Konqresin razılığı olmadan müharibə elan edə bilməz. Lakin bununla birlikdə Prezident Konqreslə razılaşmadan xarici torpaqlarda miqyas və müddət baxımından məhdud əməliyyatlar keçirə bilər.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top