Türkiyəli futbolçu oğlunu boğaraq öldürdüyünü etiraf etdi

İDMAN 06 may 2020, 16:39

Türkiyənin Bursa şəhərində koronavirus şübhəsi ilə aprelin 23-də müalicə aldığı xəstəxanada vəfat edən 5 yaşlı Kasım Toktaşın əsl ölüm səbəbi bəlli olub. 


Demokrat.az xəbər verir ki, K.Toktaşın atası, hazırda həvəskar liqada "Bursa Yıldırımspor"da çıxış edən futbolçu Cevher Toktaş 11 gün sonra oğlunu boğaraq öldürdüyünü etiraf edib. 


2008/2009 mövsümündə "Hacettepespor"la Türkiyə Super Liqasında çıxış etmiş 33 yaşlı yarımmüdafiəçi məhkəmədə əməlini boynuna alıb. O, 15 dəqiqə ərzində yastığı oğlunun başında tutduğunu söyləyib: "Oğlum çırpınırdı, amma mən ölənə qədər basmağa davam etdim". 


Toktaş oğlunu sevmədiyini üçün öldürdüyünü deyib: "Mənim iki oğlum var. Ölən oğlumu doğulduqdan sonra heç sevmədim, niyə sevmədiyimi də bilmirəm. Onu boğaraq öldürməyimin səbəbi, sadəcə onu sevməməyimdir. Sağlamlıqla bağlı və psixi problemlərim yoxdur".


Cevher Toktaş məhkəmə zalındaca həbs olunub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top