Azərbaycana yaxın şəhər virusa görə qapadıldı

DÜNYA 04 may 2020, 23:57

Rusiyada koronavirusla bağlı vəziyyət yaxşı deyil. Son günlər sutka ərzində yoluxma sayı 10 mindən aşağı düşmür. Rusiya bu göstəriciyə görə yalnız ABŞ-dan geri qalır.


Demokrat.az xəbər verir ki, Azərbaycana yaxın şəhər virusa görə qapadılıb. Dağıstanda yerləşən Xasavyurt respublikanın qalan hissəsindən təcrid olunub. Şəhərə giriş və çıxış qadağan edilib. Hətta şəhərin daxilində də nəqliyyatın hərəkəti yasaqlanıb. Küçələrdə yalnız fövqəladə hallarda işləməsi nəzərdə tutulan avtomobillər görünə bilər. İnsanlardan da evdən çıxmamaq tələb olunur. (Sfera.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top