Bakıda xarici şirkət rəhbərinin velosipedi oğurlandı

KRİMİNAL 04 may 2020, 17:10

Bakıda oğurluq hadisəsi baş verib.


Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərdən birinin dayanacağında qeydə alınıb.


Belə ki, naməlum şəxs İtaliya vətəndaşı Sbercio Purinə məxsus dəyəri 500 manat olan velosipedi oğurlayıb.


Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.


Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.


Qeyd edək ki, S.Purin "Silk Road Shipping" logistika şirkətinin rəhbəridir. O, 2010-cu ildən Bakı şəhərində yaşayır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top