Bakıda qadın narkotacir saxlanıldı

KRİMİNAL 04 may 2020, 14:47

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb.


Demokrat.az xəbər verir ki, bu barədə saytımıza hüquq-mühafizə orqanlarından məlumat verilib.


Qeyd edək ki, paytaxtda yaşayan Ağaməmməd Bayramov (2000-ci il təvəllüdlü) və Gəncə şəhər sakini Məhəmməd Həbibov (1996-cı il təvəllüdlü) tutulublar. A.Bayramovdan 0,25 qram heroin, M.Həbibovdan isə metamfetamin aşkar edilərək götürülüb.


Araşdırma zamanı məlum olub ki, onlara narkotik vasitələri və psixotrop maddələri Lənkəran rayon sakini, 1969-cu il təvəllüdlü Kübra Həsənova satıb.


Növbəti əməliyyatla isə qadın narkotacir saxlanılıb, onun üzərində olan heroin götürülüb.


Ötən gün paytaxtda Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 11 cinayət faktı qeydə alıblar.


Xatırladaq ki, mayın 3-də Binəqədi rayonunda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Biləcəri qəsəbəsində polis əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Q.Ağababayev (1974-cü il təvəllüdlü) saxlanılıb, ondan çəkisi 10 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top