Salyanda banka külli miqdarda borcu olan kişi cinayətə əl atdı — Təfərrüat

KRİMİNAL 04 may 2020, 10:59

Salyan rayonunda narkotik tərkibli dərmanların satışı ilə məşğul olamqda ittiham olunan 1978-ci il təvəllüdlü Emil İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Emil İsmayılzadə 2019-cu ilin fevral ayında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq dövriyyəsi qadağan edilmiş güclü təsir edən maddələrin siyahısına daxil edilən ümumi təsiredici miqdarı 9 qram təşkil edən 6 konvalut cəmi 60 ədəd “Contramal Tramadol 150 mq” həblər əldə edib.


O, həmin ilin fevralın 27-də, saat 14 radələrində həmin həblərin 6 qramını tanışı Tural Abasova Salyan rayonu Mərkəzi Xəstəxanasının qarşısında 105 manata satarkən Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılıb.


Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin yan cibindən 6 qram, yəni 4 konvalutda olan 40 ədəd “Contramal Tramadol 150 mq” həblər və Tural Abasovdan aldığı 105 manat, idarə etdiyi “KİA OPTİMA” markalı avtomobilin içərisindəki günlükdən 3 qram, yəni 2 konvalutda olan 20 ədəd cəmi 9 qram “Contramal Tramadol 150 mq” həblər aşkar edilərək götürülüb.


İstintaq orqanı tərəfindən Emil İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 240.3.2-cü (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi; güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil İsmayılzadə 3 il 8 ay 5 gün müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Emil İsmayılzadə apelyasiya şikayəti verib. Emil İsmayılzadə qeyd edib ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir, 2018-ci ildən xeyli miqdarda banka borcu yığılıb, kreditləri yalnız özü ödəyir.


Anasının da onun himayəsində olduğunu bildirən Emil İsmayılzadə borcu olduğu üçün bu addımı atıb. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edilməsini, ona təyin edilmiş cəzanın şərti olunması barədə qərar çıxarılmasını xahiş edib.


Emil İsmayılzadənin şikayəti araşdıırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qərara görə, Emil İsmayılzadənin şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top