Yaponiyalı alimlər: Şizofreniyanı müalicə etmək mümkündür

DÜNYA 04 may 2020, 10:14

Yaponiyalı alimlər bu qənaətə gəliblər ki, şizofreniya beyinin ağ maddəsində yağ molekullarının çatışmazlığı ilə bağlıdır.


Demokrat.az xəbər verir ki, onların iddiasına görə, məhz bu səbəbdən xəstəliyinin müalicəsində effektiv nəticə əldə etmək mümkün olmur.


Alimlərin fikrincə, bu molekullar mərkəzi sinir sisteminin fəaliyyətində və sinir impulslarının ötürülməsində mühüm rol oynayan oliqodendrositlərin yaranmasına təkan verir.


“Bu molekulların azalması insanlarda hallüsinasiya və reallıqdan qopma kimi fəsadlar yaradır”, - deyə məlumatda deyilir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top