Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi

İDMAN 03 may 2020, 22:35

Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kumanın ürəyində problem aşkarlanıb.


"De Telegraaf" nəşrinin məlumatına görə, 57 yaşlı mütəxəssis bu səbəbdən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.


Bildirilib ki, ona ürək kateterizasiyası edilib. Həkimlərin vaxtında və sürətli müdaxiləsi sayəsində R.Kumanın hazırkı vəziyyətinin sabit olduğu vurğulanıb.


Qeyd edək ki, Ronald Kuman 2018-ci ildən Niderland yığmasına başçılıq edir. (Report)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top