Avropa çempionatı təxirə salındı

İDMAN 02 may 2020, 23:39

Azərbaycan velosipedçilərinin iştirakı ilə keçiriləcək şose üzrə Avropa çempionatı təxirə salınıb.


İtaliyanın Trento şəhərində baş tutması planlaşdırılan yarışın keçirilməsinə koronavirus pandemiyası əngəl olub.


Bu səbəbdən 2020-ci ilin sentyabrında təşkil olunması nəzərdə tutulan turnir 2021-ci ilə keçirilib. Çempionatın sentyabrın ilk yarısında baş tutması planlaşdırılır.


Turnirin dəqiq tarixini Beynəlxalq Velosiped İttifaqı (USİ) müəyyənləşdirməlidir. Təşkilatçılar ittifaqa iki variant təklif edib. Bunlar çempionatın sentyabrın 1-5-də və 8-12-də keçirilməsi ilə bağlıdır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top