İspaniyada pandemiya qurbanlarının sayı 25 mini keçdi

DÜNYA 02 may 2020, 21:57

İspaniyada ötən sutka ərzində daha 276 nəfər koronavirusdan ölüb.


Demokrat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.


Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 100-ə çatıb.


Bundan başqa, yoluxma hallarının sayı da 1 147 artaraq 216 582-yə yüksəlib.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1 084 606 nəfəri sağalıb, 239 653 nəfəri isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top