Şəmkirdəki silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA

KRİMİNAL 02 may 2020, 19:33

Şəmkirdə bacanağını güllələyən şəxs həbs edilib.

 
Demokrat.az xəbər verir ki, Şəmkir Rayon Prokurorluğundan saytımıza verilən məlumata görə, mayın 1-də Şəmkir rayonu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunun rayonun Yeni Həyat kəndi ərazisindən keçən avtomobil yolunda odlu silahdan açılan atəş nəticəsində öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

 
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 
İstintaqla Etibar Süleymanovun Yeni Həyat kənd sakini Süleymanov Etibar Binnət oğlu tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 
Qeyd edək ki, E.Süleymanovla E.Hümmətli bacanaq olublar.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top