Astarada ata və oğul narkotacir saxlanıldı — FOTO

KRİMİNAL 01 may 2020, 10:53

Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul saxlanılıb.


DİN-in Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini Fədail Aydınlı bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında tutulub.


Şəxsi axtarış zamanı ona məxsus mobil telefonun üzlüyünün alt hissəsindən isə daha 2 bükümdə heroin aşkarlanaraq götürülüb.


Davam edən tədbirlərlə F.Aydınlının yaşadığı evə keçirilən baxış zamanı onun atası, əvvəllər məhkum olunmuş Çingiz Məmmədova məxsus pul kisəsinin içərisindən 17 bükümdə narkotik vasitə heroin, 1 bükümdə tiryək və elektron tərəzi aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top