Ərinin öldürdüyü Leyla 7 aylıq hamilə olub

KRİMİNAL 30 apr 2020, 14:34

Abşeron rayonunda boğazı kəsilərək qətlə yetirilən qadın hamilə olub.


Demokrat.az xəbər verir ki, əri tərəfindən öldürülən Leyla Bəkirova hamiləliyin 7-ci ayında olub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib. 


Hadisə vaxtı cütlüyün azyaşlı övladı da onların yanında olub və o, qətlə şahidlik edib. 


Xatırladaq ki, aprelin 29-da saat 21 radələrində 29 yaşlı Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə 27 yaşlı həyat yoldaşı Leyla Bəkirovanı bıçaqlayıb, sonra isə boğazını kəsərək öldürüb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top