UEFA AFFA-nın hesabına 236,5 milyon avro köçürdü

İDMAN 27 apr 2020, 22:56

UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosiasiyaya maliyyə yardımı edib.


Demokrat.az-ın məlumatına görə, ümumilikdə 236,5 milyon avro vəsait federasiyaların hesabına köçürülüb.


Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürülüb.


Bununla yanaşı, qitə futbol qurumu bütün səviyyələrdə koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya öz prioritetlərini təyin etməyə icazə verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top