Bakıda kişilərin qurduğu əxlaqsızlıq yuvası dağıdıldı — Əməliyyat

KRİMİNAL 27 apr 2020, 13:42

Bakının Nərimanov rayonunda əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinən şəxsə cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Əfqan Vahid oğlu Xudayarbəylinin barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvası saxlama) maddəsi ilə ittiham elan edilib.


Məlum olub ki, Əfqan Xuadyarbəyli bir qrup şəxslə cinayət əlaqəsinə girib və rayon ərazisində əxlaqsızlıq yuvası təşkil edib.


Onlar bir neçə yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərlə pul müqabilində görüşdürüblər.


Bunun da müqabilində gəlir əldə ediblər.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top