DTX-nın adından istifadə edərək rüşvət alan şəxslə bağlı QƏRAR

KRİMİNAL 25 apr 2020, 12:26

Dövlət Təhlükəsizliyi Xidmətinə ziyan vurmaqda ittiham olunan Məmmədov İlqar Nizami oğlu barəsində cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan edilib.


Onun cinayət işində vətəndaş Qurbanov Təbriz Araz oğlunun adı zərərçəkmiş qismində keçir.


Bildirilir ki, İlqar Məmmədov Təbriz Qurbanovdan külli miqdarda pul alıb. O, həmin pulu alarkən özünü xüsusi xidmət orqanını əməkdaşı kimi təqdim edib.


Dövlət Təhlükəsizliyi Xidməti də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.


İlqar Məmmədovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə  məhkəmə başlanacaq.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top