Tayson rinqə qayıdır

İDMAN 25 apr 2020, 10:01

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson rinqə qayıtmağı planlaşdırır.


Demokrat.az bildirir ki, bu barədə o, “The Sun” nəşrinə müsahibəsində danışıb.


İdmançı deyib ki, dörd raunddan ibarət xeyriyyə görüşündə iştirak edəcək. Hazırda o, bədənini formaya salır. “Bütün son həftəni işləmişəm. Bu, ağırdır, bədənim çox ağrayır. Məşq edirəm, rinqə çıxmağa cəhd edirəm”, - deyə Tayson qeyd edib.


İdmançı bildirib ki, keçirdiyi görüşlərlə evsizlərə və narkotik asılılığı olan insanlara kömək etmək üçün pul qazanmaq istəyir.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top