FIFA AFFA-ya maliyyə yardımı ayırdı

İDMAN 24 apr 2020, 21:13

FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara maliyyə yardımı edəcək.


Demokrat.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi saytı xəbər yayıb.


Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək.


Vəsaitin yaxın günlərdə assosiasiyaların hesabına köçürüləcəyi vurğulanıb.


Məlumatda qeyd olunub ki, FIFA üzv assosiasiyaları yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə qurumun futbolu qorumaq üçün bu addımı atdığı bildirilib.


FIFA-nın yaxın günlərdə hər federasiyaya 500 min ABŞ dolları köçürəcəyi qeyd olunub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top