Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edildi

KRİMİNAL 24 apr 2020, 15:18

Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Paytaxt sakini Tural Dərgah oğlu Niftəliyev Yasamal rayonu ərazisində bir azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

 

O, Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

 

İstintaq davam edir.  


Fariz Məlikli 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top