DTX-nın həbs etdiyi terrorçunun istintaqı başa çatdı

KRİMİNAL 23 apr 2020, 09:09

Suriyada qanunsuz silahli birləşmədə iştirak etməkdə təqsirli bilinən Elçin Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.


Hazırlıq iclasının vaxtı müəyyən edilməyib.


Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1986-cı il təvəllüdlü Elçin Qasımov həbs edilib.


Elçin Qasımov Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edib.


O, terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak etməsi də müəyyən edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top