Ronaldo Ronaldunu əsəbiləşdirdi

İDMAN 21 apr 2020, 11:06

“Əlbəttə, Kriştianu Ronalduya əsl Ronaldonun mən olduğumu söylədikdə əsəbiləşir. İnsanları müqayisə etmək olmaz".


Demokrat.az-ın məlumatına görə, bu fikirləri Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Ronaldo “Instagram”da Fabio Kannavaroya müsahibəsində deyib.


44 yaşlı keçmiş hücumçu Ronaldunun çox qol vurduğunu sözlərinə əlavə edib: "O, hər mövsüm inanılmaz sabitlik göstərir və bunun sayəsində futbol tarixində əbədi qalacaq. Messi kimi ən yaxşılardan biridir”.


Qeyd edək ki, Ronaldo 2002 – 2007-ci illərdə “Real Madrid”də çıxış edib. Kriştianu Ronaldu isə 2009 – 2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. Ronalduya ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın adı verilib. Hər iki oyunçunun latınca adı eyni cür yazılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top