Millimizin kapitanı koronavirusla mübarizənin ön cərgəsində — FOTO

İDMAN 18 apr 2020, 22:32

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının kapitanı Asif Zeynalov koronavirusla mübarizəyə qoşulub.

 

"Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

 

"Çimərlik futbolu üzrə milli komandamızın kapitanı Asif Zeynalovun timsalında "Covid-19"-la mübarizədə canlı sipər olan bütün görünməz qəhrəmanlara təşəkkür edirik!", - paylaşımda qeyd olunub.

 

Federasiyanın Mətbuat xidmətindən aldığımız məlumata görə, həm də Fövqəladə Hallar Nazirliyində xilasedici işləyən 37 yaşlı yarımmüdafiəçi karantində olan insanların təcrid rejiminə əməl etmələrinə nəzarət edir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top